Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş turnir keçirilib.
Sportarena.az xəbər verir ki, AFFA-nın, MOK-un, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt”dən Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.