Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin futbolçusu 67-ci dəqiqədə sarı vərəqə də alıb.
“Ersgebirge” geridə qalan turlarda topladığı 28 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.