“Liverpul”un yarımmüdafiəçisi Mohamed Salah İngiltərə Premyer Liqasının 28-ci turunda “Vest Hem”ə qarşı keçirilən oyunda (4:1) 51-ci dəqiqədə fərqlənib.
Sportarena.az xəbər verir ki, bu qol sayəsində misirli futbolçu Premyer Liqanın tarixinə düşüb. Belə ki, Salah İngiltərə çempionatında mövsüm ərzində sol ayağı ilə 20 qol vuran ilk futbolçu olub.