Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Komandada nə alınmadı? Oyunun sonlarında qol buraxırsız...
- Belə olacağını bilirdik. "Qarabağ”a qarşı nəinki "Kəpəz”, bütün komandalar müdafiə futbolu oynayır. Bacardığımız qədər oynadıq. "Qarabağ”ın qol epizodları oldu. Amma real qol epizodu yarada bilmədilər. Təziq böyük idi. Buna 85 dəqiqə dözə bildik. Diqqətsizlik isə bizi xaldan etdi. Bizim komandada müdafiədən hücuma keçmək alınmadı. "Qarabağ”ın da ustalıq səviyyəsini qeyd etmək lazımdı. Bilirik ki, "Qarabağ” Azərbaycanda bir nömrəli klubdu. Bacardığımız qədər vuruşduq.
- Dario ilə dialoqun oldu. Dani Kintananı o saxlamalıydı?
- Qolu komanda buraxır. Oyun bir futbolçunun üstündə qurulmayıb. Həmin an qərar vermək düzgün deyil. Mən ona iradımı bildirdim. Ani diqqətsizlik qolla nəticələndi.
- Hakimlərdən razısan?
- Mən qol epizodunu yaxşı görmədim. Əllə oyun olduğunu eşitdim. Çoxları elə deyir. Təkrar baxmaq lazımdı. Əllə oyun varsa, hakimlərlə bağlı tədbir görmək lazımdı. Düzdü, o da insandı, səhv edə bilər. Hakim səhv etmək istəməz. Lakin aydın məsələdi ki, "Kəpəz” "Qarabağ”dan zəifdi. Belə hallarda daha diqqətli olmaq lazımdı.
- Komandanın heyəti çox dəyişib. Amma nəticələr əvvəlki kimidi...
- 3 oyundu uduzuruq. Lakin heç kimə asanlıqla uduzmamışıq. Çalışırıq ki, mübarizə aparaq. Hər şeyin göztəricisi nəticədi. Yaxşı oynayıb uduzuruq. Pis oynayaq, amma xal da qazanaq. Oyunumuz pis deyil. Yaranan fürsətlərdən istifadə etsək, nəticəmiz daha yaxşı olar.