U-17 Liqası: Xocalı şəhidləri yad ediləcək

10:36 26 Fevral 2018

Bu gün «Bakcell U-17 Liqası»nda 22-ci turun oyunları keçiriləcək. Bütün oyunlardan əvvəl 26 Fevral Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq, həmçinin, futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar.

 

22-ci turda keçiriləcək 6 oyun arasında ən çox maraq doğuranı «İnter Arena»da baş tutacaq. 3-cü pillədə qərarlaşan «Keşlə» özündən 3 xal irəlidə olan 2-ci yerin sahibi «Qarabağ»ı qəbul edəcək. Digər matçlardan «Səbail» - «Zirə» oyunu da qeyd etmək lazımdır. Medallara iddialı 2 komandanın mübarizəsi də böyük maraq kəsb edir.

 

Oyunların başlama saatı və keçiriləcəyi stadionlar aşağıdakı kimidir:

 

13:00 «Səbail» - «Zirə»

(«Bayıl Arena»)

 

13:00 «Keşlə» - «Qarabağ»

(«İnter Arena»)

 

14:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

14:00 «Xəzər Lənkəran» - «Ağsu»

(Lənkəran şəhər stadionu)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin meydanı)

 

14:00 «Mil Muğan» - «Qəbələ»

(İmişli şəhər stadionu)

 

 

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti