Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” baş məşqçisi Hikmət Karamanla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Buna səbəb komandanın son vaxtlar uğursuz çıxış etməsidi. Belə ki, “Alanyaspor” son 6 oyunun 5-də məğlub olub. Nəhayət, Super Liqanın 23-cü turunda evdə “Trabzonspor”a da uduzan (1:2) Alanya təmsilçisinin rəhbərliyi Safet Suşiçdən sonra baş məşqçi postuna təyin edilən Karamanla yolları ayırmaq qərarına gəlib.
Artıq komandanın yeni baş məşqçisi də bəllidi. “Alanyaspor” təcrübəli məşqçi Məsut Bakkalla anlaşıb. Anlaşmanın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.