UEFA İtaliyanın “Atalanta” klubu ilə bağlı araşdırmaya başlayıb.
Sportarena.az xəbər verir ki, buna Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” klubu ilə oyunda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.
Xatırladaq ki, oyundan sonra “Atalanta”nın prezidenti Antonio Perkassi azarkeşlərinin hərəkətinə görə üzr istəmişdi: “Düzünü deyim, səsləri eşitməmişəm. Doğrudusa, təəssüf edirəm. Batşuayidən üzr istəyirəm. Bu, əsla olmamalıydı”.
Xatırladaq ki, ilk oyunda 3:2 hesabıyla qələbə qazanan “Borussiya”, Berqamodakı heç-heçədən sonra 1/8 finala adlamışdı.