UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq

10:50 27 Fevral 2018

UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq.
 
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub. UEFA-nın 2020 – 2024-cü illərdə "HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya, ümumilikdə, 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.
 
Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.


Digər xəbərlər

Xəbər xətti