İngiltərə Futbol Assosiasiyası 2019/2020 mövsümündən etibarən Premyer Liqada qış fasiləsinin tətbiqinə qərar verib.
Sportarena.az xəbər verir ki, fasilə İngiltərə kubokunda 5-ci mərhələnin oyunlarının önə çəkilməsi ilə yaranacaq. Qurum bu addımı klubların avrokuboklarda və milli komandanın beynəlxalq yarışlarda nəticələrini yaxşılaşdırmaq üçün atıb.
Qərara əsasən, 2020-ci ilin fevral ayında ən azı 13 günlük fasilə yaranacaq.