Rusiya Premyer Liqası tarixində postsovet ölkələrinin ən yaxşı futbolçularının rəmzi yığması açıqlanıb.
Sportarena.az xəbər verir ki, "sports.ru" saytının versiyasına əsasən, 11-liyə millimizin sabiq kapitanı, 1991-1996-cı illərdə "Alaniya"nın şərəfini qorumuş Nazim Süleymanovun da adı salınıb.
Rəmzi komandada aşağıdakı futbolçular yer alıblar:
Qapıçı: Andrey Dikan (Ukrayna)
Müdafiəçilər: Sergey Qurenko (Belarus), Malxaz Asatiani (Gürcüstan), Oleq Paşinin (Özbəkistan), Dmitri Parfenov (Ukrayna)
Yarımmüdafiəçilər: Deyvidas Şemberas (Litva), Anatoli Timaşuk (Ukrayna), Nazim Süleymanov (Azərbaycan), Mircəlal Qasımov (Özbəkistan), Vasili Baranov (Belarus)
Hücumçu: Georgi Demetradze (Gürcüstan)