Topaz Premyer Liqasının 18-ci turunun iki oyununun başlama saatı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Kəpəz” - “Səbail” matçı martın 3-də Gəncə şəhər stadionunda keçiriləcək və saat 15:00-da başlayacaq.
“Qəbələ” - “Neftçi” görüşünün də keçiriləcəyi tarix və başlama saatı bəllidi. Martın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da start götürəcək.