“Qalatasaray”ın qış fasiləsində “İnter”dən icarəyə götürdüyü Yuto Naqatomo növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə Premyer Liqa təmsilçiləri - “Uotford” və “Vest Hem”in yapon müdafiəçinin xidmətində maraqlı olduğu qeyd edilib. Hər iki klub 31 yaşlı futbolçunu birbaşa transfer etmək istəyir. “İnter”in bu varianta razı olduğu deyilir.
Xatırladaq ki, Naqatomo “Qalatasaray”da 5 matçda şans qazanıb.