"Neftçi"nin yeni transferi Lukas Qomez paytaxt klubunun düşərgəsini tərk edib.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun atasının atasının səhhətində problem yaranmasıdır. Argentinalı futbolçu vətəninə getmək üçün klub rəhbərliyindən və baş məşqçi Tərlan Əhmədovdan martın 2-ə kimi icazə alıb.
Qeyd edək ki, "Neftçi" növbəti oyununu martın 4-də "Qəbələ"yə qarşı keçirəcək.