"Bavariya"da ciddi itki

16:20 27 Fevral 2018

“Bavariya”nın futbolçusu Kinqsli Komanın Bundesliqanın son turu çərçivəsində keçirilən “Herta”yla matçda (0:0) zədələnib.

 

Sportarena.az xəbər verir ki, ayaq biləyindən əməliyyat olunan 21 yaşlı futbolçunun zədəsi ciddidir Koman ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Fransa millisinin də üzvü olan futbolçunun dünya çempionatına kimi yaşıl meydanlara qayıtması sual altındadı.

 

Koman cari mövsümdə şans qazandığı 32 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti