Məşhur yamaykalı atlet Useyn Bolt “instaqram” səhifəsində bir klubla müqavilə bağladığı barədə məlumat yaydı.
Sportarena.az xəbər verir ki, bundan sonra dünya mətbuatında onun MY və ya Dortmund “Borussiya”sı ilə anlaşdığı bildirildi. Daha sonra isə Boltun CAR çempionatının lideri “Mamelodi Sandaunz”la müqavilə bağladığı barədə məlumat yayıldı.
Ancaq sonradan məlum oldu ki, Bolt yalan danışıb. O, heç bir klubla müqavilə bağlamayıb. Sadəcə, ulduzların xeyriyyə qarşılaşmasında iştirak edəcək.