"Sumqayıt" "Qarabağ"la oyuna itkisiz hazırlaşır

10:31 28 Fevral 2018

Topaz Premyer Liqasının 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” 1 günlük istirahətin ardından məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 16:00-da “Sumqayıt Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 3-də “Sumqayıt Arena”da keçiriləcək və 18:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti