"Mil-Muğan"a texniki məğlubiyyət verildi - Saxtakarlığa görə

14:20 28 Fevral 2018

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Birinci divizionun 15-ci turunun “Zaqatala” - “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 800 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Binə” - “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə”nin futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 15-ci turunun “Qaradağ Lökbatan” - “Şüvəlan” matçında “Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti