Hakimi döyən futbolçuya AFFA-dan ağır cəza

14:39 28 Fevral 2018

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Şağan” – “Ümid Masallı” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb. Qarşılaşmanın 36-cı dəqiqəsində təhqiredici  ifadələr işlədən Talıb Cabbarov 3 oyun kənarlaşdırılıb. Həmin epizodda aqressiv davranışla, hakimə qarşı fiziki təzyiq göstərən Namiq Salayevin cəzası daha ağır olub. Hakimi döyən futbolçu 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

 

İntizam Komitəsi “Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.


Digər xəbərlər

Xəbər xətti