"Milan"ın İdarə Şurası 2017/18 mövsümünün ilk yarısı üçün maliyyə hesabatını açıqlayıb.
Sportarena.az xəbər verir ki, klubun maliyyə itkiləri ötən ilin cari dövrü ilə müqayisədə 56% azalaraq 22.3 milyon təşkil edib. Gəlir isə 4.6 % artım göstərib. Hazırda onun miqdarı 106.5 milyon avrodur.
Klubun borcları 165 milyon avro olub. Ötən il bu rəqəm 141.2 milyon avro idi. Borcun artması yay transfer pəncərəsində həyata keçirilən əməliyyatlarla bağlıdır.