Futbol üzrə İtaliya Kubokunda yarımfinalın cavab oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Yuventus” səfərdə minimal hesabla üstələdiyi “Atalanta”ya doğma meydanda da eyni hesabla qalib gəlib. Nəticədə, Turin təmsilçisi ilk finalçı olub.
Digər yarımfinal cütündə isə “Milan” səfərdə “Latsio” ilə münasibətlərinə aydınlıq gətirib. Maraqlıdı ki, bu komandaların da duelində ilk oyundakı hesab (0:0) qeydə alınıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilsə də, tərəflər yenə fərqlənə bilməyiblər. Lakin penalti seriyasında daha dəqiq olan “Milan” finala yüksəlib.
Beləliklə, mayın 9-da keçiriləcək həlledici oyunda “Yuventus” və “Milan” qarşılaşacaq.
İtaliya Kuboku: 1|2 final, cavab oyunlar
28 fevral
Yuventus - Atalanta 1:0 (ilk oyun 1:0)
Latsio - Milan 0:0 (penaltilər 4:5) (ilk oyun 0:0)