Argentina ilə İsrail milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün detalları bəlli olub.
Sportarena.az xəbər verir ki, İsrail tərəfi bu qarşılaşma üçün Argentinaya 3 milyon dollar ödəyəcək. Ancaq israillilərin tələbi var. Argentinanın lideri Lionel Messi oyunda iştirak etməlidi. O, ən azı 60 dəqiqə meydanda olmalıdı.
Yoldaşlıq görüşü iyunun 9-na planlaşdırılıb.