Fellaini "Qalatasaray"ı seçdi

14:39 1 Mart 2018

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaininin karyerasını harda davam etdirəcəyi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, belçikalı futbolçu növbəti mövsümdən Türkiyənin “Qalatasaray” klubunda çıxış edəcək. Bu barədə məlumatı İngiltərənin “Quardian” nəşri yayıb.

 

Bildirilir ki, mankunianların baş məşqçisi Joze Mourinyonun Fellainini komandada saxlamaq istədiyi, 30 yaşlı futbolçunun isə “Qalatasaray”a keçməyə qərar verdiyi vurğulanıb.

 

Xatırladaq ki, bir müddət öncə Belçika millisinin üzvünün Türkiyənin digər təmsilçisi “Beşiktaş”a keçəcəyi barədə də iddialar var idi.


Digər xəbərlər

Xəbər xətti