"Yuventus" Əmrəyə vaxt verdi

15:33 1 Mart 2018

“Yuventus” “Liverpul”un futbolçusu Əmrə Cana ultimatum verib.

 

Sportarena.az xəbər verir ki, Turin klubu Əmrədən qəti qərara gəlməyi tələb edib. “Liverpul”la müqaviləsi bu ilin yayında başa çatacaq Əmrə, “Yuventus”la danışıqlar aparırdı. Turinlilər onunla başqa klubların da maraqlandığını nəzərə alıb, futbolçu ilə müqaviləni rəsmiləşdirmək istəyirdi. Ancaq görünür, Əmrə hələ konkret qərar qəbul etməyib.

 

Turin klubu Əmrəyə bir həftə vaxt verib. O, bu müddətdə qəti qərar qəbul etməsə, “Yuventus” onunla danışıqları dayandıracaq.


Digər xəbərlər

Xəbər xətti