"Tottenhem"in hücumçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı futbolçusu seçilib.
Sportarena.az xəbər verir ki, İngiltərə millisinin üzvünə "London Footbal Avards" mükafatı təqdim edilib.
Keyn ötən il 29 qolla İngiltərə Premyer Liqasının bombardiri olub.
2017-ci ildə Londonun ən yaxşı baş məşqçisi isə "Kristal Palas"ın baş məşqçisi Roy Hocson seçilib.