Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxdığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.
“Rostov” geridə qalan turlarda topladığı 25 xalla 16 kollektiv arasında 9-cudu.