Futbol üzrə Kipr çempionatında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Larnaka AEK-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. Matçda hesabı da məhz Abdullayev açıb. O, 32-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Geridə qalan turlarda 57 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.