Nazarovun komandası "sülh"ə razılaşdı

11:36 4 Mart 2018

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Sandhauzen”lə üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Nazarov 84-cü dəqiqədə əvəzlənib. 

 

25 oyundan sonra hesabında 29 xal olan “Aue” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti