İtaliyanın “Fiorentina” klubunun futbolçusu David Astori dünyasını dəyişib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İtaliya A seriyasının 26-cı turu çərçivəsində keçiriləcək “Udineze” - “Fiorentina” oyunundan öncə, “bənövşəyilər”in məskunlaşdığı oteldə həyatla vidalaşıb. Astori yuxuda olarkən, ürək tutmasından dünyasını dəyişib. Xəbəri “Fiorentina” klubu da doğrulayıb.
Klub rəhbərliyi İtaliya Futbol Federasiyasına müraciət edərək, bugünkü oyunun təxirə salınmasını istəyib. Federasiya Florensiya təmsilçisinin bu istəyini qəbul edib.
Xatırladaq ki, karyerası ərzində “Kalyari”, “Roma” kimi komandalarda da çıxış etmiş Astori, 2011-ci ildən İtaliya millisinin üzvü idi.