Astorinin ölümü ilə bağlı prokurordan açıqlama - "Təəccüblüdü"

13:10 5 Mart 2018

Udine prokuroru Antonio De Nikola “Fiorentina”nın kapitanı David Astorinin ölümü ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, prokuror da futbolçunun ürək tutmasından öldüyünü təsdiqləyib. O, vaxtaşırı tibbi müayinədən keçən futbolçuda indiyə qədər heç bir problemin aşkar edilmədiyini də vurğulayıb:

 

“David ürək tutmasından vəfat edib. Mütəmadi olaraq müayinədən keçən peşəkar bir futbolçu üçün belə hal təəccüblüdü. Müayinələr zamanı onda narahatedici heç bir fakt aşkarlanmamışdı. David yatmazdan əvvəl “Fiorentina”nın qapıçısı Marko Sportelo ilə video oyun oynayıb”.

 

Qeyd edək ki, Astori “Udineze” ilə oyundan əvvəlki gecə yatıb və ayılmayıb.


Digər xəbərlər

Xəbər xətti