“Beşiktaş” ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə ilk oyununda (2:2) zədə alan Pepe bir müddət “qartallar”a kömək edə bilməyəcək. Klubdan edilən açıqlamada müdafiəçinin rəqib futbolçu Roberto Soldado ilə mübarizədə ayaq barmağının qırıldığı qeyd edilib. Portuqaliyalı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.