Dünən dünyasını dəyişən “Fiorentina”nın kapitanı Davide Astorinin ölümüylə bağlı cinayət işi açılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Udine şəhərinin prokuroru Antonio de Nikolo İtaliya mətbuatına açıqlamasında məlumat verib. O, İtaliya millisinin üzvünün ölümündə cinayət ehtimalının istisna olmadığını, buna görə, cinayət işinin açıldığını qeyd edib. Yerli polis tibbi ekspertizanın rəyini gözləyir.
Xatırladaq ki, 31 yaşlı müdafiəçi İtaliya A seriyasının 27-ci turu çərçivəsində keçiriləcək “Udineze” - “Fiorentina” oyunundan öncə, “bənövşəyilər”in məskunlaşdığı oteldə həyatla vidalaşıb. Astori yuxuda olarkən, ürək tutmasından dünyasını dəyişib.