Millimizin sabiq üzvü transferə çıxarıldı

10:22 6 Mart 2018

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Samir Məsimov Rusiyanın “Fakel” klubu ilə yollarını ayırmalı olub.

 

Sportarena.az xəbər verir ki, Rusiya 1-ci divizionunda mübarizə aparan Voroneş təmsilçisi onu transferə çıxarıb.

 

Bu qış fasiləsi dönəmində komanda ilə birgə Türkiyədə təlim-məşq toplanışında olan millimizin sabiq yarımmüdafiəçisi baş məşqçi Pavel Qusevin etimadını qazana bilməyib. Bu üzdən də klub rəhbərliyi onu transferə çıxarmaq qərarına gəlib.

 

Xatırladaq ki, Samir 2017-ci ildən “Fakel”də çıxış edirdi. Lakin o, çox şans qazanmadığı Voronej klubunda bu mövsüm cəmi 8 oyuna çıxıb ki, həmin görüşlərdə də 90 dəqiqə meydanda olmayıb.

 

Məsimov 2014-2016-cı illər aralığında “Neftçi”nin, 2017-ci ilin əvvəlində isə AZAL-ın şərəfini qoruyub. 2016-cı ildə isə o, Sloveniyanın “Domjale” klubunda legioner həyatı yaşayıb.


Digər xəbərlər

Xəbər xətti