"Keşlə" - "Neftçi" matçının yeri dəyişdirildi

12:05 6 Mart 2018

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib. 

 

Sportarena.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq, Topaz Premyer Liqasının 19-cu turunun matçının yerinin dəyişdirilməsini istəyib. PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:

 

- Topaz Premyer Liqasının 19-cu turunun “Keşlə” - “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə 8-ci km stadionunda keçirilsin.

 

- 19-cu turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.


Digər xəbərlər

Xəbər xətti