Daha bir futbolçunun səhhətində ciddi problem yaşanıb.
Sportarena.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante məşq zamanı özünü pis hiss edib. Martın 2-də keçirilən məşq zamanı futbolçu qəflətən özündən gedərək, yıxılıb. Xoşbəxtlikdən, həkimlərin müdaxiləsindən sonra Kante özünə gəlib. Futbolçunun ürəyində problem aşkarlanıb.
Martın 3-dən 4-nə keçən gecə isə “Fiorentina”nın kapitanı David Astori ürək tutmasından dünyasını dəyişib.