AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Energetik” – “Şəmkir” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.
Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.