Prosineçkidən Şehiçə dəvət

17:13 6 Mart 2018

"Qarabağ”ın qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina millisinin heyətinə dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, Şehiç yığmaya martın 20-də Bolqarıstanda baş tutacaq təlim-məşq toplanışında qoşulacaq .

 

Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya millisi martın 23-də səfərdə Bolqarıstan, martın 27-də isə Fransada Seneqalla yoxlama oyunları keçirəcək.


Digər xəbərlər

Xəbər xətti