Martın 7-də “Bulvar otel”də keçiriləcək AFFA-nın növbəti Hesabat Konfransında FİFA və UEFA nümayəndələri də iştirak edəcəklər.
Sportarena.az xəbər verir ki, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə kuratoru Byorn Vassallo, UEFA-nın İcraiyyə komitəsinin üzvü Con Deleyni və UEFA-nın Milli Assosiayaların İnkişafı üzrə şöbəsinin rəhbəri Tyerri Favre də sözügedən tədbirə qatılacaq.