2017-ci ildə AFFA-nın büdcəsi nə qədər olub?

10:40 7 Mart 2018

Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilir.

 

Sportarena.az xəbər verir ki, konfransdan öncə federasiyanın büdcəsinə 2017-ci ildə daxil olan vəsaitlərin məbləği açıqlanıb. Ötən il qurumun hesabına 27 milyon 608 min 305 manat daxil olub.

 

AFFA-nın hesabına ən böyük vəsait SOCAR-dan gəlib - 8 milyon 234 min 150 manat.

 

UEFA assosiasiyaya 6 milyon 260 min 268 manat, FİFA 2 milyon 718 min 696 manat köçürüb.

 

Bundan başqa, milli komandanın oyunlarının yayım hüququndan 5 milyon 955 min 600 manat, “Azəridmanservis”dən 5 milyon 538 min 981 manat, “Bakcell” MMC-dən 698 min 416 manat, “Paşa Sığorta”dan 177 min manat, “Bulvar otel”dən 112 min 100 manat, “Coca-cola”dan 94 min 400 manat gəlir əldə olunub. Digər gəlirlərin ümumi məbləği isə 818 min 400 manat təşkil edib.


Digər xəbərlər

Xəbər xətti