"Qəbələ"dən Araz Abdullayev açıqlaması - "Bu məbləğ müqavilədə qeyd edilib"

16:54 7 Mart 2018

Dünən "Kipr"in "Anortosis" klubunun millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala biləcəyi gündəmə gəldi

 

Kipr mətbuatının iddiasına görə, klub rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razıdı və onun gələcəkdə komandaya kömək edəcəyi düşünür. Xəbərdə Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib. 

 

Bu informasiya ilə bağlı ətraflı məlumat almaq üçün "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Klub rəsmisi yayılan xəbərə belə aydınlıq gətirdi:

 

 

"Xəbərdə bəhs edilən 150 min avro daha öncədən müqavilədə bizim tələbimiz əsasında qeyd edilib. "Anortosis" Arazı transfer etmək istəsə, bu məbləği ödəməli olacaq. Amma qarşı tərəfdən bizə belə müraciət daxil olmayıb. Onlarla bağladığımız müqavilənin müddəti mayda bitəcək. Həmin vaxta qədər "Anortosis"in vaxtı var. Onlardan təklif almasaq, başqa variantları nəzərdən keçirəcəyik".

 

Əzizov "transfer qiymətində "Anortossis"ə güzəşt oluna bilərmi" sualına belə cavab verdi:

 

"Qeyd etdiyim kimi, qarşı tərəf bizimlə danışıqlar aparmayıb və mövqeyini bildirməyib. Bu barədə aparılacaq müzakirələrdən sonra qiymətlə bağlı qərar qəbul edə bilərik".

 

Klub rəsmisi futbolçunun "Qəbələ"yə geri qayıtmaq ehtimalından da danışdı:

 

"Biz futbolçumuzun oynamasını, qol vurmasını istəyirik. Milli komandamızın üzvüdü. Onun ölkə xaricindəki uğurlu oyunu həm bizə, həm milliyə xeyir verir. Əsas olan Arazın "Anortosis"də müqavilə müddətində oynamasıdı. Əsas diqqətimiz bu məqama yönəlib. Digər məsələr may ayından sonra müzakirə ediləcək. "Anortosis"dən futbolçu ilə bağlı təklif almasaq, başqa təkliflərə, variantlara diqqətlərimizi yönəldəcəyik. Baş məşqçimiz onun geri qayıtmasını istəyərsə, bu, mümkündü".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti