Ötən il noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanıyla yaradılan «Azərbaycan Sənaye Korporassiyası» futbol camiəsinə yeni üzv olur.
Sportarena.az xəbər verir ki, sözügedən Açıq Səhmdar Cəmiyyət «Keşlə»ni öz himayəsinə götürmək təşəbbüsü ilə çıxış edib. Paytaxt klubunun məskunlaşdığı «İnter Arena» bu ilin əvvəlində «Aqrarkredit»dən çıxaraq, yeni yaradılan nın balansına keçib. Bu qurum əsas stadionun meydançasını dəyişdirməyə, təbii qazon salmağa hazırlaşır və maydan işə başlanılacaq.
«Azərbaycan Sənaye Korporassiyası» öncə I Divizionda mübarizə aparacaq yeni klub yaratmaq fikrində olub.
Lakin yuxarı dairələrlə məsləhətləşmələrdən sonra «Keşlə»nin üzərində dayanılıb. «İnter Arena»nın onlarda olması əlavə üstünlükdü. Çünki sabiq «bankirlər» buranın sahibi deymio, sadəcə, icarədarıdı,
AFFA artıq proseslərin gedişindən xəbərdardı. ASC «Keşlə»nin federasiya tərəfindən idarə olunmasına və SOCAR-dan maliyyələşdirilməsinə qarşıdı.
Fikir klubu tamamilə müstəqilləşdirmək və kadr islahatı aparmaqdı. Belə olsa, Müşahidə Şurasının sədri Zaur Axundov başda olmaqla, hazırkı rəhbərlikdən heç kim vəzifədə saxlanılmayacaq. (sportinfo.az)