Mahir Mədətov Azərbaycan futbolunda ilkə imza atdı

22:25 7 Mart 2018

İdman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti “Nike” futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Mahir Mədətovla sponsorluq müqaviləsi imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb. Lakin gənc futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Mahir Mədətov “Nike”la müqaviləsi olan ilk azərbaycanlı futbolçudu.


Digər xəbərlər

Xəbər xətti