"Sumqayıt" "Səbail"lə oyuna hazırlaşır

10:14 8 Mart 2018

17-ci turda “Qarabağ”la qarşılaşan “Sumqayıt” 1 günlük istirahətin ardından “Səbail”lə matçın hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, Sumqayıt təmsilçisi Samir Abasovun rəhbərliyi altında saat 18:30-da doğma arenada məşqə çıxıb. Xəstə olduğu üçün ötən turu buraxan Rəşad Eyyubov tam sağalaraq komanda ilə birgə çalışıb. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması martın 11-də “Bayıl Arena”da keçiriləcək. Saat 17:00-da start götürəcək matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti