Rəşad Əzizli: Komandada özünəinam daha da artıb - VİDEO

10:45 8 Mart 2018

“Neftçi” Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı “Keşlə” klubu ilə oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Qapıçı Rəşad Əzizli klub televiziyasına açıqlamasında "Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib:

 

“Son qələbədən sonra komandada özünəinam daha da artıb. Hər birimiz inanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. "Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

 

Xatırladaq ki, martın 9-da 8-ci km stadionunda baş tutacaq "Keşlə” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti