"Neftçi"nin Ramil Şeydayev planı - ÖZƏL

11:58 8 Mart 2018

Son günlər ölkə futbolunda ən çox müzakirə edilən mövzulardan biri də Ramil Şeydayevin "Qarabağ"dan ayrılmasıdı. Ağdam klubunda meydana çıxmaq şansı əldə etməyən gənc forvardın mövsümün sonunda komandadan ayrılacağı artıq dəqiqləşmək üzrədi. Millimizin üzvü daha çox şans qazanmaq istəyir. O, mövcud durumundan narahatdır. Mövcud vəziyyətlə bağlı futbolçu AFFA-dan da kömək istəyib. Federasiya artıq Şeydayevə həm ölkə xaricində, həm də ölkə daxilində klub axtarışına çıxıb. 

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, başverənləri diqqətlə izləyən "Neftçi"nin yeni rəhbərliyi Ramil Şeydayevin transferi ilə bağlı hərəkətə keçməyə hazırlaşır. Bu məsələdə AFFA-nın kluba heç bir təsiri və təklifi olmayıb. Klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanov gənc forvardın oyununu bəyənir və komandaya xeyir verəcəyinə inanırlar. Bu səbəbdən Ramili "Neftçi"də görmək istəyirlər.

 

Ancaq "ağ-qaralar"ın Ramil Şeydayev planı tamam başqadır. "Neftçi" futbolçunu müqavilə ilə məxsus olduğu "Trabzonspor"dan birdəfəlik almağı planlaşdırır. Hətta buna görə klub qarşı tərəfə pul ödəməyə belə hazırdı. Superliqa klubu ilə razılıq əldə olunmasa, "B" variantına əl atılacaq. Yəni, Ramilin icarə əsasında transferinə cəhd ediləcək.


Digər xəbərlər

Xəbər xətti