PSJ-nin futbolçusu Yulian Draksler açıqlama verib.
Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a uduzaraq mübarizəni dayandırması barədə danışıb. 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Unai Emerinin qərarına əsəbləşib:
"Bu yay transferlərə 400 milyon avro xərclədik. Buna görə hər kəs bizdən Çempionlar Liqasında uğurlu çıxış gözləyirdi. Amma biz hələ 1/8 finalı keçməyi bacarmırıq.
"Real"la oyunda 76-cı dəqiqədə meydana daxil oldum. Bunu anlamıram. Buna təəccübləndim və çox əsəbləşdim".