FİFA-dan "Trabzonspor"a transfer qadağası

10:14 9 Mart 2018

FİFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın “Trençin” klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, “Trençin” 2016-cı ildə, Matus Beronun transferi zamanı “Trabzonspor”un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.

 

Dünyanın ali futbol qurumu isə Türkiyə təmsilçisinə transfer qadağası cəzası verib. Cəzaya əsasən, “bordo-mavilər” bu yay heç bir futbolçu transfer edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti