Çempionlar Liqasında yeni rekord

15:23 9 Mart 2018

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, bu komanda bir oyundakı ötürmələrin sayına görə rekorda imza atıb. Xosep Qvardiolanın yetirmələri buna ÇL-in 1/8 final mərhələsinin “Bazel”lə (İsveçrə) cavab oyununda (1:2, ilk oyun 4:0) nail olublar. Mançester təmsilçisi bu oyunda 978 ötürmə ilə yadda qalıb ki, bu da qitənin ən nüfuzlu klub turnirində yeni göstəricidi.

 

Xatırladaq ki, “Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində qarşılaşdığı “Çelsi” ilə oyunda da 902 ötürmə ilə sözügedən ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.


Digər xəbərlər

Xəbər xətti