"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin oğlu döyüldü - FOTOLAR

16:47 9 Mart 2018

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çetinin oğlu Bartu döyülüb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı gənc bardan çıxarkən naməlum şəxslərlə mübahisə etməyə başlayıb.  Kiçik mübahisə böyük davaya səbəb olub və B.Çetinin başında şüşə sındırılıb. O, dostları tərəfindən taksiyə mindirilərək xəstəxanaya aparılıb. 

 

Oğuz Çetin oğlunun səhhəti ilə bağlı açıqlama verib: “Oğlumun vəziyyəti yaxşıdır. Nə baş verdiyindən xəbərsizəm. Yəqin ki, araşdırma zamanı hər şey məlum olacaq”. 




Digər xəbərlər

Xəbər xətti