Neymar PSJ-yə keçməyinə peşman olub.
Sportarena.az xəbər verir ki, Neymar “Barselona”ya qayıtmaq niyyətindədi. Bu barədə məlumatı “El Mundo Deportivo” yayıb. Məlumata görə, braziliyalı futbolçu artıq “Barselona” rəhbərliyi ilə əlaqə saxlayıb. O, Fransa çempionatının səviyyəsindən narazı olduğunu və geri qayıtmaq istədiyini bildirib.
Məlumatda deyilir ki, Neymarın geri dönüşü baş verərsə, bu, ancaq 2019-ci ilin yayında reallaşa bilər.