Renatla Murad oynadı, “Ayntraxt” xal itirdi

11:32 11 Mart 2018

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, frankfurtlular 21-cu tur çərçivəsində səfərdə “Maynts”la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb.

 

"Ayntraxt"da çıxış edən futbolçularımız - Renat Dadaşovla Murad Mahmudov da bu oyunun iştirakçısı olub. Renat start heyətdə meydana çıxıb və sonadək oynayıb. Murad isə 90-cı dəqiqədə meydana buraxılıb.

 

Keçirdiyi 18 matçdan sonra aktivində 20 xal olan “Ayntraxt” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Xəbər xətti